Avropanın güclü bədii gimnastları Bakıda

post-img

Bu gün Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa kuboku yarışı başlayıb.

Azərbaycanı yarışda fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.

Yeni formatda təşkil olunacaq turnir üç gün davam edəcək. Avropa kubokunda mükafatçılar fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.

Yarışda 37 ölkədən 160 idmançı bacarığını nümayiş etdirir.

L.SABİRQIZI XQ

İdman