Cüdoçularımızdan 6 medal

post-img

Cüdoçularımız İtaliyanın Liqnano şəhərində keçirilmiş Avropa kuboku yarışında 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Yarışda Nizami İmranov (60 kq), Əjdər Bağırov (100 kq) qızıl medal əldə ediblər. Süleyman Şükürov (81 kq) gümüş, Nihad Şıxəlizadə (100 kq), Ramazan Əhmədov (+100 kq) və  Məhəmməd Musayev (66 kq)  bürünc medala sahib çıxıblar.

Milli komanda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

L.SABİRQIZI
XQ

İdman