Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib.
Reqlamentə əsasən 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar mübarizəni davam etdirəcək. Aprelin 21-də başlayacaq yarımfinalda 9 turdan sonra lider olan Məhəmməd Muradlı dördüncü yerdə qərarlaşan Vüqar Rəsulova, 2-3-cü yerləri tutan Aydın Süleymanlı isə Xəzər Babazadəyə rəqib olub. Yarımfinal iki oyundan ibarət olacaq. İlk oyunda Xəzər Babazadə və Vüqar Rəsulov ağ fiqurlarla yarışacaq.
Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.
L.SABİRQIZI
XQ