Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open – 2024” turnirində uğurla çıxış ediblər.
Sinxron proqramda qüvvəsini sınayan Əli Niftəliyev və Ammar Baxşaliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yığmanın digər üzvləri - Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal qazanıblar.