“Formula 1”: İlk qalib Maks Ferstappen olub

post-img

“Formula 1” üzrə dünya çempionatında mövsümün ilk Qran-prisi keçirilib. 

Bəhreyndə təşkil olunan yarışın birinci mər­hələsində “Red Bull”un pilotu Maks Ferstappen hamını üstələyərək birinci yeri tutub. Onun ko­manda yoldaşı Serxio Peres ikinci, “Ferrari”dən Karlos Saynz isə 3-cü yerləri tutublar. 

Xatırladaq ki, ikinci tur martın 7–9-da Səu­diyyə Ərəbistanında keçiriləcək. Azərbaycan Qran-prisi isə sentyabrın 13–15-də keçiriləcək. 

Leyla SABİRQIZI
XQ

İdman