Azərbaycan çempionatında “üçhakimiyyətlilik”

post-img

Azərbaycan Basketbol Liqasında XII turun daha bir matçı keçirilib.

Günün yeganə qarşılaşması “NTD-İndiqo” ilə “Gəncə” arasında olub. Oyunda Xaçmaz klubu 94:80 hesablı qələbə qazanıb. Bununla da, aktivində 22 xal olan “NTD-İndiqo” liderlər qrupundakı “Sabah” və “Xəzri”yə çatıb. “Gəncə” isə 14 xalla 9-cu yerdədir. 

Qeyd edək ki, əvvəlki görüşlərində "Xəzri" "Cəlilabad"a 100:81, "Xırdalan" "Sabah"a 107:103, “Sərhədçi” “Sumqayıt”a 91:63 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək "Şəki" - "Neftçi" görüşü ilə yekun vurulacaq.

Turun oyunlarına yanvarın 28-də yekun vurulacaq. 

Leyla SABİRQIZI

XQ

İdman