2023-cü ilin ən yaxşı məşqçisi

post-img

Beynəlxalq Şahmat Federasiyası – FIDE 2023-cü ilin ən yaxşı məşqçilərinin adını açıqlayıb. 

Beynəlxalq qrosmeyster, Əməkdar məşqçi Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb. 

Qeyd edək ki, C.Ağarəhimov məşqçilik fəaliyyətində beynəlxalq qrossmeyster və beynəlxalq ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrosmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.

 

İdman