Yanvarın 15-də gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz şəhərində “Əhməd” İdman Klubunun açılışında iştirak edib.
Klubda idmançıların məşq prosesini izləyən nazir məşqçi-mütəxəssislərlə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.
Fərid Qayıbov klubun nəzdindəki ağırlıqqaldırma zalının fəaliyyəti ilə maraqlanıb. Nazir idman zalının mövcud şəraiti ilə tanış olub və idmançılarla söhbət edib.
Tədbirdə nazir müavini Mariana Vasileva da iştirak edib.