Frans Bekkenbauer vəfat edib

post-img

Almaniya millisinin və “Bavariya”nın əfsanəvi futbolçusu Frans Bekkenbauer 78 yaşında dünyasını dəyişib.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Onun son illər səhhətində problemlər yaşadığı məlum olub. Açıq ürək əməliyyatı keçirən veteran futbolçunun Parkinson xəstəliyindən əziyyət çəkdiyi vurğulanırdı.

F.Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionu, “Bavariya”nın heyətində isə 1974-1976-cı illərdə ardıcıl üç dəfə avrokubokların qalibi olub. O, iki dəfə (1972, 1976) “Qızıl top”u qazanıb.

Məşqçilik fəaliyyətində isə Almaniya millisi ilə 1990-cı ildə dünya çempionatında qalib gəlib.

XQ

İdman