Nicat Abasov “İddiaçılar turniri-2024”də

post-img

Maqnus Karlsen şahmat üzrə keçiriləcək “İddiaçılar turniri”ndə iştirak etməkdən imtina edib. Reqlamentə əsasən, Maqnus Karlseni yarışda Azərbaycan şahmatçısı Nicat Abasov əvəz edəcək.

Bununla da, “İddiaçılar turniri”nin tam heyəti bəlli olub. Belə ki, bu nüfuzlu yarışda Nicat Abasovla yanaşı, Fabiano Karuana (ABŞ), Hikaru Nakamura (ABŞ), Yan Nepomnyaşi (FİDE), Praqqanandhaa (Hindistan), Vidit Qujrathi (Hindistan), Qukeş Dommaraju (Hindistan), Alireza Firuzja (Fransa) iştirak edəcəklər. 

Qeyd edək ki, turnir 2024-cü ilin aprelin 3-dən 25-nə kimi Kanadanın Toronto şəhərində keçiriləcək.

İdman