“Paris-2024”: Azərbaycan basketbol yığmasının təsnifat oyunlarındakı rəqibləri bəlli olub

post-img

Azərbaycanın 3x3 qadın basketbol millisinin “Paris-2024” Olimpiya oyunlarında iştirak etmək üçün qatılacağı ilk təsnifat oyunlarındakı rəqibləri bəlli olub.

Yığma Honkonq, Niderland, Macarıstan, Polşa, Monqolustan, Misir və Çili komandaları ilə qarşılaşacaq. Matçlar aprelin 17-18-də Honkonqda təşkil olunacaq.

İkinci təsnifat oyunları Yaponiyada (tarix bəlli deyil), üçüncü yarış isə Macarıstanda (23-26 may) keçiriləcək. Üç mərhələnin yekununa əsasən, birinci yeri tutan komanda Paris Olimpiadasına lisenziya əldə edəcək.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.

İdman