“İdman inzibatçılıq kursu”

post-img

Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə “İdman inzibatçılığı kursu” keçirilib. 

Qurumun inzibati binasında təşkil olunan kursun iştirakçıları Bədən Tərbiyəsi və İdman Akademiyasının SABAH qruplarının tələbələri olub. Ümumilikdə 40 tələbənin iştirak etdiyi təd­birdə əsas məqsəd tələbələrin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaq olub.

Kursda antik və müasir Olimpiadaların ta­rixi, kommunikasiya, Olimpiya Oyunlarının təşkil olunması, təhlükəsiz idman, Olimpiya marketinqi və digər mövzularda təqdimatlar edilib, iştirakçı­lar ilə bu mövzularda fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara Beynəlxalq Olimpiya Ko­mitəsinin sertifikatları verilib.

Leyla SABİRQIZI
XQ

İdman