Ağırlıqqaldıranımızın Doha qələbəsi

post-img

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə uğurla çıxış edib. 

Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarı­şında 109 kiloqram çəki dərəcəsində çıxış edən atlet birdən qaldırmada 176 kiloqramı ram edib və bu hərəkətdə qızıl medal qazanıb. O, təkan­la qaldırma hərəkətində isə 212 kiloqramı başı üzərinə qaldıraraq gümüş medala yiyələnib. Toplam 388 (176+212) kiloqram nəticə göstərən D. Dadaşbəyli yekun sıralamada da hamını qa­baqlayıb və öz çəkisində çempion olub.

Leyla SABİRQIZI
XQ

İdman