Azərbaycanın ən güclü boksçuları kimlərdir?

post-img

Boks üzrə Azərbaycan çempionatı başa çatıb. 

Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 167 boksçusu mübarizə aparıb. Çempionatda ən yaxşı boksçu adına Seyid Seyidov layiq görülüb. Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına sahib olub.

Müxtəlif çəki dərəcələrində Həsən Məlikov, Məsud Yusifzadə, Amin Məmmədzadə, Şamil Əsgərov, Maqsud Xasmetov, Tayfur Əliyev, Nəbi İsgəndərov, Sərxan Əliyev, Kamran Şahsuvarlı, Fəqan Məmmədov, Seyid Seyidov, Rauf Rəhimov, Yohanes Nuriyev birinci yeri tutublar. 

Komanda hesabında “Neftçi” İdman Klubu 55 xalla birinci yeri tutub.

Leyla SABİRQIZI 
XQ

 

İdman