Hava yağmursuz keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dekabrın 10-da Bakıda və  Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-şərq küləyi əsəcək,  axşam arabir güclənən  şimal-qərb küləyi ilə əvəz olunacaq.  Gecə 5-10°, gündüz 11-14° isti olacaq.  Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək,  nisbi rütubət 70-80  faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək,  gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 10-15°, dağlarda gecə 1-6°, gündüz 2-7° isti olacaq.

Q. QASIMOV 
XQ

 

Ekologiya