TAİB gəncləri özlərini qol güləşi meydanında sınadılar

post-img

Bu gün paytaxtımızın Biləcəri qəsəbəsində yerləşən "Azsport" İdman Klubunda 44 günlük Vətən müharibəsində şəhid olan Nurlan Həsənovun xatirəsinə həsr olunan qol güləşi yarışı keçirilib.

Türk Ağsaqqalları Birliyi Gənclər təşkilatının dəstəyi və "Azsport" İdman Klubunun layihəsi çərçivəsində təşkil olunan tədbirin aparıcısı, TAİB -in Gənclər Təşkilatının sədri Elgün Rüstəmli ilk sözü TAİB -in idarə heyətinin sədr müavini Eyvaz Hümbətova verib.

O, çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, müzəffər Ordumuzun qələbəsindən söhbət açıb. Sonra o, TAİB-təsisçisi Ramin Əhmədovun yarış iştirakçılarına salamını çatdırıb.

Digər  çıxış edən natiqlər TAİB-in idarə heyətinin üzvləri Nüsrət Paşayev və Mübariz Süleymanlı müasir Azərbaycan gəncliyinin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsindən bəhs ediblər, klubun rəhbəri Orxan Kazımova və layihənin rəhbəri Talıb Zeynalova, eləcə də digər məsul şəxslərə TAİB-idarə heyətiinin sədri akademik Südeyf İmamverdiyev adından təşkilatçılığa görə təşəkkürlərini bildiriblər.
Eyvaz Hümbətov,Nüsrət Paşayev və Mübariz Süleymanlı münsiflər heyəti seçildikdən sonra yarışa start verilib.

Klubun baş məşqçisi, hərbçilər və polislər arasında  keçirilən yarışların 2 qat çempionu, bürünc medal sahibi, idman ustası Zaur Zeynalovun hakimliyi ilə aparılan yarışda 1-ci yerə Xamməd Xammədov, 2-ci yerə Rəhman Məmmədov və 3-cü yerə isə Ceyhun  Nuraliyev layiq görülüblər.

Münsiflər heyəti qaliblərə sertifikatlar və medallar təqdim etdikdən sonra xatirə şəkilləri çəkilib.













İdman