Əli Şükürlü dünya birinciliyində çıxış edib

post-img

Artıq bir həftədən çoxdur ki, (15-23 noyabr) Meksikanın Qvadalaxara şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi bu gün başa çatır.

 Bu barədə XQ-yə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından bildirilib ki, 70-ə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atletin iştirak etdiyi turnirə yığma komandanın bir üzvü qatılıb.

Ölkəmizi 109 kq çəki dərəcəsində Əli Şükürlü təmsil edib. Atletimiz toplam 360 kq (164+196) kq nəticə göstərərək 5-ci yeri tutub.

 

Elçin ABBASOV

XQ

İdman