2 boksçumuz Avropa finalında

post-img

22 yaşadək boksçular arasında təşkil edilən Avropa çempionatında Azərbaycanın 2 idmançısı finala yüksəlib. 

Monteneqronun Budva şəhərində keçirilən yarışda Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşü 5:0 hesabı ilə məğlub edib. Bununla da, Avropa çempionumuz ardıcıl ikinci dəfə qitə birinciliyinin finalına vəsiqə əldə edib. Onun uğurunu 57 kiloqram çəkidə mübarizə aparan Əzrək Bəbirov da təkrarlayıb. O, final uğrunda döyüşdə rusiyalı Rafiq Əmirxanov üzərində 3:2 hesabla qələbə qazanıb. 

Komanda üzvlərindən yarımfinalda uduzan Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) isə Avropa çempionatının bürünc mükafatı ilə kifayətləniblər. 

 

Leyla SABİRQIZI 
XQ

İdman