"Neftçi" yoldaşlıq görüşündə qələbə qazanıb

post-img

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən futbol üzrə Azərbaycan Premyer Liqasının təmsilçisi “Neftçi” yoxlama görüşündə Rusiyanın “Zenit” klubunu məğlub edib.

XQ xəbər verir ki, “Neftçi Arena”da baş tutan matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Onu da əlavə edək ki, görüşdə hesab 9-cu dəqiqədə açılıb. “Ağ-qaralar”ın rusiyalı futbolçusu Reziuan Mirzov hesabı açıb. Qonaqlar 56-cı dəqiqədə hesaba tarazlıq gətiriblər. "Zenit"in qolunu Du Keyruş vurub.

Bundan 5 dəqiqə sonra “Neftçi” yenidən hesabda önə keçib. Bu dəfə də Reziuan Mirzov baxımlı qolla dubla imza ataraq, oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, bu komandalar iyulun 1-də Sankt-Peterburqda “Match TV” kubokunda üz-üzə gəliblər. Həmin qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanıb.

Elçin ABBASOV
XQ

İdman