Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında Azərbaycan idmançıları 7 medal qazanıblar.
Cüdo üzrə komandamızın üzvləri Ramilə Əliyeva (48 kiloqram) qızıl, Eltac Yusifli (66 kq) gümüş və Elcan Şəfiyev (81 kq) bürünc medala yiyələniblər.
Sərbəst güləşçilərimizdən isə Camal Abbasov (61 kq) və Sabir Cəfərov (70 kq) hamıdan güclü olublar. Aydın Əhmədov (125 kq) ikinci, Sahib Dadaşov (79 kq) üçüncü pillələrdə qərarlaşıblar.
Azərbaycanın 4 idman növündə 38 idmançı ilə təmsil olunduğu yarış noyabrın 10-dək davam edəcək.
Leyla SABİRQIZI
XQ