"İrəvan" futbol komandası qələbə qazandı

post-img

Futbol üzrə Azərbaycan I Liqasında 7-ci turun oyunları keçirilib. “İrəvan” futbol komandası Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda "Mingəçevir" futbol komandası ilə qarşılaşıb.

Mətbuat Xidmətinin rəhbəri Mübariz Süleymanlıdan aldığımız məlumata görə, gərgin idman mübarizəsi şəraitində keçən oyunda “İrəvan” komandası 2:0 hesabı ilə "Mingəçevir" futbol komandasını məğlub edib. 

Hazırda "İrəvan" FK-nın aktivində 13 xal var və komanda turnir cədvəlində 5-ci yerdədir.

 

İdman