Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

post-img

Futbol üzrə Azərbaycan millisinin sentyabr ayı üçün FİFA reytinqindəki mövqeyi açıqlanıb.

"XQ" ali futbol qurumunun məlumatına istinadən xəbər verir ki, Azərbaycan yığmasının mövqeyi dəyişilməyib.

Belə ki, millimiz FİFA sıralamasında 147 xalla 121-ci sıradakı mövqeyini qoruyub saxlaya bilib.

Reytinq cədvəlinin ilk pilləsində qərarlaşan sonuncu dünya çempionu Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Qətərdə təşkil olunan mundialın finalçısı Fransa 1840 xalla siyahıda ikinci, Braziliya isə üçüncü pillədədir..

Elçin ABBASOV
XQ

İdman