Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub

post-img

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb.

"XQ" Gənclər və İdman Nazriliyinin mətbuat xidmətinə ustinadən xəbər verir ki, "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarışın ikinci günündə idmançılar kayak və kanoe növlərində mübarizə aparıblar. 

Qeyd edək ki, Azərbaycan çempionatında Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparıb. İştirakçılar iki gün ərzində akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışıblar. Qaliblər medal və diplomla mükafatlandırılıb. Fərqlənən idmançılar oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanıb. 

Elçin ABBASOV,
XQ

İdman