I Liqa: "Karvan" 4:1 hesablı qələbə qazanıb

post-img

Bu gün futbol üzrə Azərbaycan I Liqasında birinci tur start götürüb. Turun ilk qarşılaşması saat 16:30-da başlayıb. Yevlax şəhər stadionunda keçirilən oyun "Karvan" və "Mingəçivir" komandaları arasında baş tutub.  

"XQ" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, “Karvan” – “Mingəçevir” oyununu hakim Rövşən Rəcəbov idarə edib. Ona yan xətt hakimləri Tərlan Talıbzadə, Samir Qaracayev, Kamil Aydınov kömək ediblər. Görüşdə hakim-inspektor vəzifəsini  Anar Salmanov yerinə yetirib. Matçın AFFA nümayəndəsi isə Azər Əsgərov olub.

Qeyd edək ki, qarşılıqlı hücumlar əsasında keçən mətçın ilk hissəsinin 45-ci dəqiqəsində "Karvan" komandası 11 metrəlik cərimə zərbəsi qazanıb. Penaltini Akif Tağıyev qola çevirib. Onun zərbəsi qaeşısındə "Mingəçevir"in qapıçısı Elçin Qasımov aciz qalıb-1:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissədə oyun daha gərgin məcrada keçib. Belə ki, fasilədən sonra vurulan qolun əvəzini çıxmağa çalışan qonaqlar irəli atılıblar. Bunun nəticəsində müdafiədə yaranmış boşluqdan istifadə edən "Karvan" klubu ikinci hissədə daha 3 top vurmağa nail olub. Qonaqlar isə yalnız təsəlli qolu ilə kifayətlənməli olublar. Bununla da "Karvan"- "Mingəçevir" matçı 4:1 hesabı ilə başa çatıb.

Onu da qeyd edək ki, "Karvan"ın heyətində ikinci hissədə İzzət Müştaqov (55 dəqiqə), Elvin İsmayılov (57 dəqiqə), Peter Kinqs (88 dəqiqə) fərqləniblər.
"Mingəçevir"in yeganə qolunu isə 71 dəqiqədə Elnur Mirzəyev vurub.

Yeri gəlmişkən, həddən artıq gərgin keçən matçda 3 qırmızı vərəqə göstərilib. Belə ki, müvafiq olara 65 və 67 -ci dəqiqələrdə qonaqların heyətində Elçin Qasımov və Elvin Əlizadə meydandan qovulublar. 

Meydan sahiblərinin heyətində isə Müşviq Teymurov qırmızı vərəqə ilə oyundan kənarlaşdırılıb.

Elçin ABBASOV,
XQ

İdman