Musa Qurbanlı İsveçdə rəmzi komandaya düşüb

post-img

Azərbaycan millisinin və “Qarabağ” klubunun sabiq futbolçusu Musa Qurbanlı İsveç çempionatında XXI turun rəmzi komandasına düşüb. Bu barədə “Sofascore” portalı məlumat yayıb.

Bildirilir ki, “Deqerfors”la görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan “Yurqorden”in üzvü ən yaxşı üç hücumçudan biri seçilib.
Mənbə yazır ki, onun performansı 8,7 balla qiymətləndirilib. Ən yüksək xala “Hammarbü”nün yarımmüdafiəçisi Nahir Besara (9,2) layiq görülüb. Qurbanlı ilə yanaşı, “Yurqorden”in müdafiəçisi Markus Danielson da rəmzi “11”-liyə salınıb.

Qeyd edək ki, “Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman