Millinin təlim-məşq toplanışına başlayacağı tarix müəyyənləşib

post-img

AVRO-2024-ün seçmə mərhələsində Belçika, yoldaşlıq oyununda isə İordaniya ilə üz-üzə gələcək Azərbaycan millisinin təlim-məşq toplanışına başlayacağı tarix bəlli olub.

AFFA-nın məlumatına görə, hazırlıq prosesi sentyabrın 3-də Milli komandaların Məşq Mərkəzində start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman