"TuranTovuz " "Səbail"ə, "Zirə" "Sabah"a qarşı

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün IV turunu daha iki oyunu keçiriləcək. Günün ilk matçı Tovuz şəhər stadionunda baş tutacaq. “Turan Tovuz” cari mövsümdə ilk dəfə doğma meydanda azarkeşlər önünə çıxacaq. Tovuz təmsilçisi “Səbail”i sınağa çəkəcək.

Günün digər oyunlarında isə “Zirə” ilə “Sabah” qarşılaşacaq. Geridə qalan 3 turda büdrəməyən “Zirə” çempionluğa iddialı rəqibin önündə də uğurlu seriyasını davam etdirmək əzmindədir.

Qeyd edək ki, turun ilk oyununda “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə ediblər - 1:1. “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” görüşləri avqustun 27-də keçiriləcək.

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman