Azərbaycanın UEFA reytinqinə yarım xal əlavə olunub

post-img

“Neftçi” və “Sabah” klublarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki uğurlu çıxışları qurumun reytinq sıralamasında Azərbaycana yarım xal qazandırıb. Hər iki komanda evdə keçirdiyi cavab oyununda əldə etdiyi qələbə sayəsində ölkə reytinqinə hərəyə 0,250 xal yazdırıb.

Qeyd edək ki, “Neftçi” Bosiya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0, “Sabah” isə “Bank Respublika Arena”da Latviya RFŞ-ni 2:1 hesabı ilə məğlub edib.

Məlumat üçün deyək ki, Azərbaycanın cari mövsümdəki xalları 1,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 15,750-yə çatan Azərbaycan UEFA reytinqdə 29-cu pillədədir. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman