U-18 millimiz Cəbəllüttariq yığması ilə qarşılaşacaq

post-img

Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun qrup oyunları yekunlaşıb. "A" qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı sonuncu oyununda Moldova yığması ilə üz-üzə gəlib və rəqibinə 64-70 hesabı ilə məğlub olub.

Qrupda 3-cü pilləni tutmuş U-18 millimiz, 5-9 -cu yerlər uğurunda oyunda Cəbəllüttariq yığması ilə qarşılaşacaq. Oyun bu gün saat 15:00 -da baş tutacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman