“Qalatasaray” İkardini heyətinə qəbul edir

post-img

Türkiyə Super Liqasının nəhənglərindən olan “Qalatasaray” yay transfer dönəmində daha bir oyunçu ilə  heyətini gücləndirir. Bu barədə “Mynet.com” portalı məlumat yayıb. 

Bildirilir ki, Parisin PSJ klubu ilə oyunçunun transferi məsələsində anlaşan “sarı-qırmızılılar” İkardini İstanbula gətirir. Artıq İkardinin olduğu təyyarənin Buenos-Ayresdən havaya qalxdığı qeyd edilir. Bu gecə saat 00.00-da ulduz futbolçunun İstanbulda olacağı açıqlanıb. O, ən yaxın zamanda tibbi baxışdan keçdikdən sonra rəsmi imza törəninə qatılacaq. 

Qeyd edək ki, futbolçunun transfer qiyməti və digər detallar hələ ictimaiyyətə açıqlanmayıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman