III Avropa Oyunlarında boksçularımız çıxışlarını davam etdirirlər. Yığmamızın üzvü Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) 1/8 finalda Tatevik Xaçatryanı (Ermənistan) böyük hesabla (5:0) məğlub edərək 1/4 finala yüksəlib.
Bununla da 1/4 finala vəsiqə qazanan boksçuların sayı 4-ə çatıb. Belə ki, bundan əvvəl ən Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 finalda iştirak hüququ qazanıblar.
Boksçularımız növbəti qarşılaşmalarını iyunun 28-də keçirəcəklər.
Leyla QURBANOVA,
“Xalq qəzeti”