Azərbaycan–Malayziya: badminton körpüsü

post-img

Azərbaycan Badminton Federasiyası ilə Malayziyanın Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Azərbaycan Badminton Federa­siyasının prezidenti Taleh Ziyadov və Malayziya Badminton Federasiyası­nın prezidenti Mohamad Norza Zaka­ria arasında imzalanan memorandu­ma əsasən tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq proqramı həyata keçiriləcək. Bu çərçivədə badminton­çuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışla­rın keçirilməsi, məşqçilərin təkmilləşdir­məsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsi, bundan əlavə digər istiqamətlər üzrə birgə fəaliyyət nəzərdə tutulub. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman