Uruqvay millisi 20 yaşadək futbolçular arasında dünya çempionu olub

post-img

Argentinada keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatının qalibi Uruqvay yığması olub. Belə ki, finalda  (FIFA U20 World Cup) İtaliya komandasını 1:0 hesabı ilə məğlub edən Uruqvay fubolçuları kuboku öz muzeylərinə aparıblar.

Türkiyə mediasının məlumatına görə, Uruqvay millisi matçın 86-cı dəqiqəsində Lusiano Rodrigesin qolu ilə İtaliya yığmasının beton müdafiəsini yarmağı bacarıb.

Bununla da, Uruqvay komandası tarixində ilk dəfə bu kuboku qazanıb. Çempionatın bürünc medalları isə Cənubi Koreya yığmasını məğlub edən (3:1) İsrail komandasına nəsib olub.

Xatırladaq ki, sonuncu dəfə 2019-cu ildə bu turnirin qalibi Ukrayna yığması olub. 2021-ci ildə turnir koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman