Qadın güləşçimiz Jalə Əliyeva (57 kq) Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən reytinq turnirində üçüncü yeri tutub.
Azərbaycan təmsilçisi həlledici mərhələdə türkiyəli Elvira Kamaloğluna 8:4 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.
Komandamızın üzvlərindən 62 kq-da yer alan Elis Manolova isə ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya "tuş"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşlə bacarmayıb - 1:2.