Taleh Süleymanov da ümidləri doğrultmadı

post-img

Bakıda keçirilən dünya çempionatının üçüncü günündə səkkizdəbir final mərhələsinə yüksələn taekvondoçumuz Taleh Süleymanov da mübarizəni dayandırıb. 87 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz günün ikinci yarısında ABŞ taekvondoçusu Miçael Rodrigezlə qarşılaşıb. Görüşdə ABŞ idmançısı üstün tərəf olduğu üçün növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu gün taekvondo üzrə Azərbaycan milli komandasının 3 üzvü onaltıdabir final mərhələsindən döyüşlərə başlayıb. Günün birinci yarısında hər üç idmançımız qələbə qazanaraq səkkizdəbir final mərhələsinə yüksəlsələr də, günün ikinci yarısında Əliəskər Əliyev (80 kq) kolumbiyalı Migel Trejos Salasa və Patimat Abakarova (49 kq) isə Qazaxıstan taekvondoçusu Botakoz Kapanovaya uduzaraq mübarizəni dayandırıblar.

Onu da qeyd edək ki, dünya çempionu olacaq hər bir idmançının aktivinə 140 reytinq xalı əlavə ediləcək.


Elçin Abbasov,
"Xalq qəzeti"

İdman