“Gəncə” final seriyasında hesabı bərabərləşdirib

post-img

“Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) “Gəncə” və “Sabah” komandaları arasında basketbol üzrə final seriyasının dördüncü oyunu baş tutub. Zədə səbəbindən oyunda iştirak etməyən kapitan Amil Həmzəyevsiz "Gəncə" oyuna sürətli başlayıb. 

Start beşlikdə oyuna başlayan komanda üzvləri ilə sona qədər mübarizə aparan region təmsilçisi "Gəncə" qarşılaşmanın yekununda "Sabah" üzərində 93-90 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Gəncə" seriyadakı hesabı 2-2 edib. Final seriyasının beşinci oyunu 30 may tarixində baş tutacaq. Ən məhsuldar basketbolçular “Gəncə BK”-dan Kollin Törner  (25 xal, 9 ribaund), “Sabah BK”-dan Entoni Patti  (27 xal, 7 ribaund) olublar.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman