Bu gün Azərbaycan Premyer Liqasında XXXV tur start götürüb. Turun ilk qarşılaşması “Kəpəz” və “Neftçi” komandaları arasında keçirilib.
Matç qonaqların 3:1 hesablı qələbəsilə başa çatıb. “Neftçi”nin qollarını Ataa Caber (65), Ömər Buludov (87) və Kilan Lebonun (90+4) vurublar.
"Kəpəz"in yeganə qolunu isə birinci hissəyə artırılmış əlavə vaxtda (45+1) Abdullahi Şuaybu vurub.
Qeyd edək ki, turun digər qarşılaşmaları mayın 22-də keçiriləcək.
Elçin ABBASOV,
"Xalq qəzeti"

