Yuri Protsyuk: "Azərbaycan xalqı mehriban, qonaqpərvərdir"

post-img

Məlumat vardiyimiz kimi, bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində 4 qrup üzrə 12 komanda mübarizə aparıb. Ukrayna komandasının baş məşqçisi Yuri Protsyuk "Xalq qəzeti"nə turnir barədə fikirlərini açıqlayıb:

-"Azərbaycanda ilk dəfə Birinci Avropa Oyunlarında olmuşam. O zaman ikinci yer tutaraq, yaxşı nəticə göstərmişdik. Mənim Azərbaycanla bağlı həmişə xoş təəssüratlarım var. İndi yeni tarix yaradılır. Dünya Qadın Seriyasında rəqiblərimizə qalib gələrək, ¼ finala vəsiqə qazandıq. Çox məmnunam ki, burada Ukrayna komandasını dəstəkləyirlər. Azərbaycan xalqı mehriban, qonaqpərvərdir. 
Biz iki ildir ki, Dünya Qadın Seriyasında iştirak etmirdik, indi elitaya qayıtmışıq. Komanda Avropa Çempionatına hazırlaşır. Bu, bizim üçün ciddi start olacaq. 3-cü Avropa Oyunları mövsümdə mühüm start olacaq və buna görə də, biz hazırda bir qədər fiziki cəhətdən yüklənmişik. Taktiki baxımından vəziyyət normaldır, ancaq hələlik zəruri hazırlıq vəziyyətində deyilik. Bununla belə, qrupdakı oyunlar göstərdi ki, qızların mübarizə aparmaq üçün xarakterləri var".

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman