“Fiorentina” “Vest Hem”lə qarşılaşacaq

post-img

Dünən UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Buununla da turnirin finalçıları müəyyənləşib.

“Bazel” klubu İsveçrədə İtaliyanın “Fiorentina” komandasını sınağa çəkib. Oyunu ispaniyalı hakim Xose Mariya Sançes idarə edib.  

Qeyd edək ki, İtaliyada keçirilən ilk görüşdə “Fiorentina”ya 2:1 hesabı ilə qalib gələn “Bazel” klubu doğma meydanda eyni hesabla məğlub olub. Finalçının adına əlavə vaxtda aydınlıq gətirilib. Belə ki, “Sankt-Yakob Park” stadionunda bəxti gətirən tərəf İtaliya təmsilçisi olub. 90 dəqiqdədən əlavə oynanılan 30 dəqiqəlik əlavə vaxtda “Fiorentina” klubu 3:1  hesabı ilə qalib gələrək finala yüksəlib.

Yarımfinalın digər qarşılaşmasında İngiltərənin “Vest Hem” klubu  Niderlandın “AZ Alkmaar” komandası ilə qarşılaşıb. İlk matçda evdə 1:0 hesablı qələbə qazanan “Vest Hem” bu uğuru yenidən təkrarlayıb. Belə ki, görüşün əlavə vaxtına artırılmış (90+4) dördüncü dəqiqədə İngiltərə təmsilçisi meydan sahiblərini məyus ediblər. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasının finalında İtaliyanın “Fiorentina” klubu ilə İngiltərənin “Vest Hem” komandası qarşılaşacaq.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman