Azərbaycan basketbol tarixində ilk yaşanacaq

post-img

Həftəsonu Astarada qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları start götürəcək.

Azərbaycan millisi ilə bərabər, ikisi klub olmaqla, ümumilikdə, 12 komanda yarışda qüvvəsini sınayacaq. Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığmaları, həmçinin, Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” klubu turnirdə mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Qadın Seriyasının oyunları 20-21 may tarixlərində Astara bulvarında keçiriləcək.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman