“Şamaxı” inadla mübarizə apardı

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tur çərçivəsində keçirilən “Neftçi” – “Şamaxı” matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, bu görüş heyəti sırf yerli oyunçulardan təşkil olunan bölgə təmsilçisi üçün vacib xal baxımından yüksək əhəmiyyət kəsb edirdi. Lakin buna baxmayaraq matçın 12-ci dəqiqəsində komandanın qapıçısı Rəşad Əzizli  avtoqol müəllifi olub. Bu qoldan sonra bir qədərdə çətin vəziyyətə düşən “Şamaxı” klubu öz əzmkar oyunu nəticəsində görüşün 56-cı dəqiqəsində vəziyyəti düzəltməyi bacarıb. Belə ki, matçın 56-cı dəqiqəsində Amil Yunanov 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində hesab 1:1 olub.

Bununla da, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Onu da əlavə edək ki, bu nəticədən sonra xallarının sayını 62-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. Qonaqlar 24 xalla 10-cu – sonuncu sıradadır.

Qeyd edək ki, tura mayın 17-də baş tutacaq "Sumqayıt" - "Sabah" görüşü ilə yekun vurulacaq. XXXIV turun əvvəlki oyunlarında “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə ediblər, “Turan Tovuz” səfərdə “Qəbələ”yə 2:1, çempion “Qarabağ” isə “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman