"Sabah" - "Beşiktaş" oyunu 3:3 hesabı ilə başa çatıb

post-img

Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında keçirilən xeyriyyə oyunu 3:3 hesablı heç-heçı ilə başa çatıb.

Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penalti zərbəsindən Cenk Tosun fərqlənib.

"Sabah"ın   qollarını 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 

Onu da əlavə edək ki, matçın 41-ci dəqiqəsində "Sabah"ın hücumçusu Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edən ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman