Sabah Bakıda “Dünya Kuboku 2023”ün açılış mərasimi keçiriləcək

post-img

Azərbaycan Atıcılıq Federasiyasından “Xalq qəzeti”nə bildiriblər ki, açılış mərasimindən sonra tamaşaçılara verilmiş nömrələrə əsasən xüsusilə gənclər üçün maraqlı olan skuter, telefon kimi hədiyyələr oynanılacaq. 

“İdmanın bu növünə gənclərimizin marağını artırmaq üçün dünya kuboku oyunları ilə yanaşı, açılış mərasimində iştirak etmələrinin də faydalı olacağını düşünürük. Bayram gününə - mayın 9-a təsadüf edən açılış günü gənclərimizin Bakı Atıcılıq Mərkəzi, yarışlardan qabaq məşqlər edən yüzlərlə beynəlxalq idmançı ilə yaxından tanış olmalarına imkan yaradacaq” – Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov belə deyib. 

Emin Cəfərov Azərbaycan tamaşaçılarının idmançılarımızı dəstəkləyərək onların uğurlarına töhfə verəcəklərinə əminliyini etiraf edib.

Qeyd edək ki, sabah saat 10.30-da Bakı Atıcılıq Mərkəzində (Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 3D) başlayacaq.

 

İdman