Arkadi Dvorkoviç Azərbaycan Prezidentinə təşəkkür edib

post-img

“Səkkiz ildən sonra, 29 iyul - 25 avqust tarixlərində Bakı yenidən dünyanın şahmat paytaxtına çevriləcək”. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində jurnalistlərə açıqlamasında bildirib. 

FİDE başqanı Azərbaycanda təşkil ediləcək şahmat üzrə Dünya Kubokunun yüksək əhmiyyət daşıdığını bildirərək deyib: “Bizim ikiillik təqvimimizdə dünya çempionluğu uğrunda matçdan sonra Dünya Kuboku ən önəmli turnirdir. Bu yarış əhəmiyyətinə görə digərlərindən daha üstündür. Çox sayda festival şəklində turnirlər və kütləvi tədbirlər keçiririk. Lakin Dünya Kuboku çox ciddi yarışdır. Burada ilk 3 yeri tutan şahmatçılar İddiaçılar Turnirində iştirak etmək şansı qazanırlar”.

Arkadi Dvorkoviç 2015-ci ildən sonra Dünya Kubokunun ikinci dəfə Azərbaycanda keçirilməsi üçün verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə və yerli şahmat federasiyasına təşəkkür edib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman