Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku yarışları ilə bağlı müqavilə imzalanıb

post-img

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iyul-avqust aylarında Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb. 

Açılış mərasimində iştirak edən Gənclər və  idman naziri Fərid Qayıbov, FIDE prezidenti Arkadi Dvorkoviç və Azərbaycan Şahmat Federasiyasının rəhbəri Mahir Məmmədov dünya kubokunun rəsmi sözləşməsinə imza atıblar.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman