Azərbaycan Qran-Prisi üçün proqnozlar açıqlanıb

post-img

İkiqat dünya çempionu Mika Hakkinen Azərbaycan Qran-Prisi ərəfəsində proqnozlarını açıqlayıb. Formula 1 yarışlarının sabiq pilotu bildirib ki, “W14” ilə bağlı problemlərə baxmayaraq, Luis Hamilton və Corc Rassel komandanı çempionatda üçüncü yerə çıxara bilərlər. hazırda “Mercedes” komandası “Aston Marti”dən cəmi 9 xal geri qalır. Toto Volff komandanı zirvəyə qaytarmaq üçün əlindən gələni edir. Amma  “Red Bull Racing” hələ ki, əlçatmaz qalır. Amma mövsümün sonunadək ikinci yer tamamilə mümkündür.

Ceyms Ellisonun texniki direktor vəzifəsinə qayıtdığı və bir sıra dəyişikliklərin olduğu komandada bu, yaxşı nəticə idi. Corc Rasselin Melburnda bəxti gətirmədi. Maks Ferstappen yəqin ki, qalib gələcəkdi. Çünki onun maşını güclü idi. “Mercedes” sabit şəkildə podiuma yüksələ bilsə, 2023-cü il onlar üçün pis olmayacaq.
“Ferrari”nin Konstruktorlar kubokunda dördüncü, Şarl Leklerin isə şəxsi hesabda yalnız 10-cu yerdə olduğunu bildirən keçmiş pilot bunun komanda və Lekler üçün problem olduğunu deyib: “Ötən il təsnifatda ən sürətli olan “Ferrari”yə “Red Bull Racing”, “Aston Martin” və “Mercedes” mövsümün əvvəlində çətinlik yaratdı. “Ferrari” sürəti əlavə edə biləcəkmi?”. 

M.Hakkinen Bakı trasının səhvləri bağışlamadığını və əvvəllər də sürprizlərlə dolu olduğunu qeyd edib: "Şənbə sprinti vəziyyəti daha da çətinləşdirəcək. Qəzaların baş verəcəyinə dair yüksək ehtimalı nəzərə aldıqda, bazar yürüşünü “Red Bull Racing”in pilotunun qazanmayacağı, məsələn, Fernando Alonso və Corc Rasselin udacağını söyləmək olar”, – deyə o əlavə edib.

“Xalq qəzeti”

İdman