“Torino” Musa Qurbanlıya göz qoyub?

post-img

Cari mövsümdə ölkə çempionatında uğurla çıxış edən "Qarabağ" klubunun gənc hqcumçusu Musa Qurbanlının uğurları haqqında bir neçə gün öncə yazmışdıq. Onunla bağlı fikirlərimizdə nə qədər haqlı olduğumuz bir daha öz təsdiqini tapır. Belə ki, bu günlərdə İtaliyanın “footballnews24.it” portalında Musa Qurbanlının A Seriyası təmsilçisi “Torino”nun əsas transfer hədəfi olduğu qeyd edilib.

İtaliya mediasında yerləşdirilən məqalədə qeyd olunur ki,  “Torino” klubunun idman direktoru Davide Vaqnat Musa Qurbanlının komandaya keçidində çox maraqlıdır. 

Qeyd edək ki, Premyer Liqanı yaxından izləyən hər kəs gənc hücumçunun hazırda ölkə çempionatının bombardiri olduğunu və onun ulduzunun  getdikcə daha da parladığını yaxşı bilir. Bu baxımfan da İtaliya klubunun Musa Qurbanlı ilə yaxından maraqlanması başa düşüləndir.

Qeyd edək ki,  Premyer Liqada 20 qolla bombardirlər yarışına başçılıq edən gənc hücumçunun Ağdam klubu ilə hazırda qüvvədə olan müqaviləsi 2026-cı ilin yayında bitir.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman