Gənclər və İdman Nazirliyi, Azərbaycan Elektron İdman Növləri Federasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə şəhid övladları Qafqazın ən böyük Esports arenasında qonaq olub.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən aldığlmız məlumata görə, uşaqlara elektron idman növlərinin dünyada və Azərbaycanda inkişafı, eləcə də mötəbər yarışlara hazırlıq barədə məlumat verilib. Sonra şəhid övladları seçimlərinə uyğun olaraq elektron idman oyunlarında özlərini geymer kimi sınayıb.
Maraqlı anlarla yadda qalan tədbirin sonunda uşaqlara xatirə hədiyyələri təqdim olunub.
Elçin ABBASOV,
"Xalq qəzeti"