"Komandada əhval-ruhiyyə yaxşıdır"

post-img

AVRO-2024-ün seçmə mərhələsində Avstriya - Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında komandanın kapitanı Emin Mahmudov qarşılaşma barədə fikirlərini açıqlayıb:

-"Komanda olaraq oyuna tam hazırıq. Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik. Son oyunlarda nümayiş etdirdiyimiz oyunumuzu davam etdirməliyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.

İdman