Cüdoçularımız Varşavada mübarizə aparacaq

post-img

Azərbaycanın altı cüdoçusu fevralın 25-də Polşanın paytaxtı Varşavada start götürəcək Açıq Avropa turnirində mübarizə aparacaq.

Federasiyadan “Xalq qəzeti”nə verilən məlumatda bildirilir ki, iki gün davam edəcək yarışda yığma 5 çəki dərəcəsində təmsil olunacaq.

İdmançılara qadınlardan ibarət millinin məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.

48 kq çəki dərəcəsində Ramilə Əliyeva, 52 kq-da Zeynəb Məmmədova, 63 kq-da Diana Şoranova ilə Nərgiz Hacıyeva, 70 kq-da Günel Həsənli və 78 kq-da Aytəkin Paşazadə tatamiyə çıxacaq.

Qeyd edək ki, turnirə 44 ölkədən 463 cüdoçu qatılacaq.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman